Tanınmış telejurnalist İlham Tumas sosial şəbəkə hesabından, mətbuatda televiziya proqramları ilə bağlı gedən diskussiyalara kəskin reaksiya verib.
araz.az xəbər verir ki, İ.Tumas bu konteksdə diqqəti “Repressiya mələkləri” filminə yönəldib:
“Lalə, Zaur, Xoşqədəm, Elgiz deyən “Xalq qəzeti’, buyur! Ruslan Hüseynin treylerini hazırladığı “Repressiya mələkləri”ni təqdim edirəm! Bunu da bəyənmirsiniz? Mən də Sizinlə razıyam, adlarını saydıqlarımı bəyənməyənlər bu layihəyə niyə dəstək durmursunuz? Öz büdcəsinə çəkdiyi bu layihəyə kim afərin dedi?! Bu layihə həyat yoldaşlarını saymayıb və tərk edib, şikayət üçün televiziyalara kütləvi şəkildə hücum çəkən qadınlar haqqında yox, zamanında həyat yoldaşlarına görə özlərini oda-közə vurmuş, repressiya olunmuş, hətta güllələnmiş qəhraman qadınlarımız haqqındadır. Bu, tək “Xalq qəzeti”nə deyil, hər kəsə aiddir. Buna görə kimi utansın?”
araz.az xəbər portalı.