Paytaxtda tez-tez dayanma-durma qaydalarını pozan sürücülər müşahidə edilir. Bu hall artıq adiləşib.
araz.az Avtosfer.az-a istinadən xəbər verir ki, belə qayda pozan sürücülər paytaxtın müxtəlif küçələrində görüntülənib.
Belə ki, Fətəli xan Xoyski küçəsində 90-ZL-525 qeydiyyat nişanlı “Toyota Prado” markalı və 90-TZ-996 nömrəli “Mercedes Benz” markalı avtomobillərin sürücüləri səkidə yan-yana parklanaraq piyadaların yolunu kəsib.
Problemlərdən biri də səki ilə yanaşı piyada keçidlərinin zəbt olunmasıdır. Bu isə ümumiyyətlə piyadaların həyatı üçün təhlükə mənbəyidir. Ağa Nemətulla küçəsində 77-PT-079 nömrəli “Faw” markalı, Azadlıq prospektində isə 77-BA-666 qeydiyyat nişanlı avtomobillərin sürücüləri piyada keçidini zəbt edərək parklanıb. Eyni qayda pozuntusuna 10-RR-067 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü də yol verib.
Yollarda çətinlik yaradan hallardan biri də hərəkət zolağında parklanan avtomobillərdir. Gülarə Qədirbəyova küçəsində 59-BX-429 nömrəli “Mercedes Benz” markalı avtomobilin sürücüsü yolun hərəkət zolağında maşınını parklayaraq rahat hərəkətə mane olub.
Qeyd edək ki, bu gün Milli Məclisdə dayanma-durma ilə bağlı tələblərin sərtləşdiriləcəyi və bu tələblərin yaxın günlərdə qəbul edəcəyi bildirilib.
araz.az xəbər portalı.