“Diqqətçəkən məsələlərdən biri Bakı-Sumqayıt yolundakı tıxacdır. Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixologiyasına necə təsir göstərir?”

araz.az  “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

“Mənə elə gəlir ki, bu, həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar”, – deyə deputat bildirib.

***

Digər millət vəkili Fəzail Ağamalı isə Bakı-Sumqayıt arasında metrostansiya tikilməsi ilə bağlı təklif verib. Deputat bildirib ki, Lökbatana metrostansiyanın çəkilməsi də faydalı olardı.

araz.az xəbər portalı.