İsveçin Umea Universitetinin alimləri müəyyən ediblər ki, fhl2b adlı genin ifadəsinin artırılması əzələ distrofiyasında əzələ liflərinin parçalanmasının qarşısını alır. 

araz.az   xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” (Nat Com) jurnalında dərc olunub.

Əvvəllər elm adamları əzələ distrofiyası olan zebra balıqlarında göz əzələlərində fhl2b geninin ifadəsinin artdığını aşkar ediblər. Bu, skelet əzələlərinin mütərəqqi zəifliyi və degenerasiyası, yəni əzələ kütləsinin itirilməsi ilə xarakterizə olunan irsi xəstəliklərin böyük bir qrupudur. Alimlər həmçinin fhl2b ifadəsinin artması ilə əzələ deqradasiyasının baş vermədiyini aşkaryaıb. Bu, fhl2b-nin əzələləri məhv olmaqdan qoruduğu fərziyyəsinə səbəb olub.

Bu fərziyyəni yoxlamaq üçün elm adamları “Duchenne” əzələ distrofiyası adlı ciddi xəstəliklə zebra balığının bütün əzələ toxumalarında fhl2b geninin ifadəsini artırıblar. Bu müdaxilə nəticəsində heyvanlar normal əzələ kütləsini saxlayaraq daha uzun ömür yaşayıb.

Alimlərin fikrincə, onların kəşfi gələcəkdə fhl2b manipulyasiyasına əsaslanan əzələ distrofiyasının yeni müalicə üsullarının inkişafına kömək edə bilər. İnsanlar üçün uyğun olan terapevtik strategiyaları müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.

araz.az xəbər portalı.