Fetullah GulenABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib. Suveren.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövıət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli jurnalist amal Xaşoginin qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

“NBC News” əlavə edir ki, Trampın bu qərarı onun ABŞ-dakı əleyhdarları tərəfindən hiddətlə qarşılanıb.

Bildirildiyinə görə, Tramp administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyası baş tutmayacağı təqdirdə onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar. Sonuncu varianta əl atılarsa, mənbə iddia edir ki, bu addımı Fətullah Gülənin şəxsi istəyi ilə atdığı vurğulanacaq.

Bəzi şərhçilərin fikrincə, ABŞ-ın Güləni ekstradisiya etmək qərarının əsas səbəbi Xaşogi cinayətindən sonra Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istəyidir.

 

araz.az xəbər portalı.