“Yeni tikilməsi nəzərdə tutulan Aeroportun texniki, iqtisadi, coğrafi və digər layihə parametləri elə hazırlanmalıdır ki, o yalnız Ələt Azad İqtisadi Zonasına deyil, həm də Lapus-Lazuli, TXBNM (Orta Dəhliz), Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb kimi 5 nəqliyyat dəhlizinə tam inteqrasiya edilə bilsin və bu dəhlizlərin əsas ortaq komponentinə çevrilsin”
araz.az bildirir ki, bunu Moderator.az– a açıqlamasında iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib. “Konsepsiyanın hazırlanmasında və layihələndirilmə mərhələlərində uzun müddətli dövr üçün qeyd edilən hədəflər nəzərə alınmasa, sonra bunu etmək mümkün olmayacaq. Çünki həmin ərazilərdə digər böyük layihələr sürətlə icra olunduğu üçün 10 il sonra Aeroportun coğrafi genişləndirilməsi praktik olaraq mümkün olmayacaq”.
araz.az xəbər portalı.