Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır.
araz.az lent.az-a istinadən bildirir ki,yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib.
Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır. Nömrənin sahibi Gəncə sakini olan İskəndər adlı şəxsdir. Nömrənin sahibi satış qiymətinə endirim etməyəcəyini bildirib.
araz.az xəbər portalı.