Britaniyada yeni vərəm ştamının aşkarlanması dünyanı müəyyən qədər təhdid edir.

araz.az   xəbər verir ki, bunu rusiyalı infeksionist Sergey Voznesenski deyib.

Rusiya Xalqlar Dostluğu Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski “Moskva” agentliyinə müsahibəsində qeyd edib ki, hər il vərəm çöplərinin yeni ştamları peyda olur. Onun sözlərinə görə, Böyük Britaniyada vəziyyət çox şişirdilib, fövqəladə hadisə baş vermir.

Eyni zamanda, o etiraf edib ki, səhiyyə sistemində çoxdan ciddi problem var, bu da antibakterial dərmanlara qarşı müqavimətdir:

“Ona görə də müxtəlif vərəm əleyhinə dərmanlara davamlı vərəm çöplərinin ştamlarının sayı ildən-ilə artır”.

Son günlər dünya KİV-lərinin məlumatına görə, Britaniya alimləri ölkə əhalisinin dörddə birinin daşıdığı vərəmin yeni növünü müəyyən ediblər. Xəstələrdə öskürək kimi tipik simptomların olmadığı qeyd edilib.

araz.az xəbər portalı.