Bu günlərdə, Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının üç nəfər əməkdaşı — dosentlər Rəşid Məhərrəmov, Hüseyn Bəxtiyarov və Elza Paşayeva ölkənin media vasitələrinə, eləcə də araz.az xəbər portalına təəssüfləndici məktub göndəriblər.
Əsas mövzusu “GDU-da qanunsuzluğa nə vaxt son qoyulacaq?” sualından doğan motivlərlə qələmə alınıb. Şikayətçilər yazırlar ki, ötən il həmin kafedranın baş müəllimi Saidə Cəfər qızı İsmayılzadənin GDU-nun Elmi Şurasında dosent əvəzi keçirilməsi məsələsinə baxılıb. Şura üzvlərinin hamısı bu xanımın əleyhinə səs verib. Buna baxmayaraq, universitetin rektoru Yusif Yusibov və prorektor Şahin Xurşudov Hesablayıcı Komissiya üzvlərini məcbur edərək, bu barədə qəbul edilmiş məlum Qərarı saxtalaşdırmağa və qeyri-qanuni olaraq, həmin xanımı dosent əvəzi keçirməyə nail olublar. Bir ildən sonra isə, Elmi Şuranın növbəti iclası keçirilib və dosent elmi adı almaq üçün, həmin xanımın sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi barədə Qərar qəbul edib. Çox maraqlıdır ki, rektor Yusif Yusibov, kifayət qədər elmi əsəri olmadığı halda, hər ay ona 100 manat əlavə stimullaşdırıcı maaş da verdirib.
“Məlumunuz olsun ki, həmin xanım nəinki dosent, hətta müəllim adına belə layiq deyil. Xoşagəlməz xarakterli bu qadın, hətta prorektor Şahin Xurşudovun kabinetindən çıxmır. Bütün günü özünü, onun katibəsi kimi aparır. Bir sözlə, hamı, tələbələr belə, onu yüngül əxlaqlı qadın kimi tanıyırlar. Bu yerdə, onu da demək yerinə düşər ki, onun əsərləri pul müqabilində başqa adamlar tərəfindən yazılıb. Elmi səhvlərlə dolu dissertasiya işində, plagiatlıq açıq-aydın görsənir və başqa şəxs tərəfindən, pul müqabilində yazılıb. Deyilənlərin sübutu olaraq, konkret faktlar kimi, aşağıdakıları göstərə bilərik: — “Qıpçaqlar Qafqazda” adlı dissertasiya işinin
planlaşdırılması doğru aparılmayıb;
— “Qıpçaqların mənşəyi və etnik tarixi” adlandırılan ilk fəslinin üçüncü yarımbaşlığı qıpçaq — rus münasibətlərinə həsr
olunub. Burada qıpçaqların Qafqazdakı fəaliyyətləriylə bağlı, heç bir məlumat verilməyib;
— “Qıpçaqların Cənubi Qafqazda fəaliyyətləri. Monqollara qarşımübarizə” adlandırılan üçüncü fəslinin ikinci yarımbaşlığında, monqollarınbütövlükdə Qafqaza hücumları haqda danışılır. Eləcə də, həmin fəslin üçüncü və dördüncü yarımbaşlıqları, yalnız Cənubi Qafqazla deyil, bütöv Qafqazla bağlıdır. Bu fəslin adında isə, qıpçaqların sırf Cənubi Qafqazla bağlı fəaliyyətləri qeyd olunub;
— Ümumiyyətlə, üçüncü fəslin “Qafqazın tıcarətəlaqələrində qıpçaqların rolu” adlandırılan 3-cü yarımbaşlığında, qıpçaqların Qafqazdakı deyil, əsasən, Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunub…
139-cu səhifədə, həmin yarımbaşlığın ikinci abzasında deyilir: “Bu ticari əlaqələr əkinçilik predmetləri və məhsullarına təlabatı olan çöl sakinləri, həm də mal-qaranı, əti, yunu yalnız köçəri qonşularından alan şəhər sakinləri üçün zəruri idi. Bu ticarət, xüsusilə, X əsrə aiddir (tədqiqatın xronoloji çərçivəsində isə, XI-XIII əsrlər göstərilib, səh. 5) və daha çox ucuz qiymətə başa gəlib. Ətin qiyməti haqqında Əl-Məqdisi yazır: “Sümüksüz ətin 4 məni (təxminən 3,3 kq) bir dirhəmə idi”. Burada Mixail Artamonovun “Xəzərilərin tarixi” adlı monoqrafiyasına istinad olunsa da, qeyd olunan həmin əsərin, həmin səhifəsində (səh. 165), yuxarıda qeyd olunanlar yoxdur. Həmin yarımbaşlığın dördüncü abzasında (səh. 140) verilmişdir: “Orta Asiya və Cənubi Qazaxıstanda feodal istehsal üsulunun sonrakı inkişafı, şəhərlərin böyüməsi, IX-X əsrlərdə istehsalçı qüvvələrin inkişafı, həmçinin qıpçaq köçlərinin tamamilə əkin vahələrinə yaxınlaşması ilə, bu ticari əlaqələr xüsusilə qüvvətləndi. Digər maldar xalqlarda olduğu kimi, qıpçaqlarda əsas ticarət predmeti mal-qara və maldarlıq məhsulları idi. Bu məhsulları sənət məmulatları və əkinçi məhsullarına dəyişirdilər. Mübadilə ticarəti zamanı əsas ödəmə vahidi pul funksiyasını yerinə yetirən mal-qara idi. Yenə də, Artamanovun məlum əsərinə istinad olunmuşdur. Lakin, birincidə olduğu kimi, burada da, qeyd olunanlar haqda qətiyyən danışılmır. 152-ci səhifədə “Qazaxıstan ərazisində arxeoloji tədqiqatlar prosesində aşkar edilmiş heyvanların sümük qalıqlarının öyrənilməsi və qıpçaq sürülərində qoyun və atların üstünlük təşkil etməsi haqqında xəbər verir”. Bu göstərilənlər də, Artamanovun “Xəzərilərin tarixi” əsrinə istinad olunur. Qeyd olunan 240-cı səhifədə isə, şəkillər verilib. Yaxud 153-cü səhifəyə diqqət yetirək: “İbn əl-Əsir yazır: Qıpçaqların torpaqları qışda və yayda otlaqlarla zəngindir, orada yazda sərin otlaqlarla zəngin olan, qışda isti otlaqlarla firavan olan yerlər vardır – bu, dəniz sahili boyunca çöllərdir”. Burada da, Artamonovun məlum əsərinin 242-ci səhifəsinə istinad olunur və digərlərində olduğu kimi, bu istinadı da “Xəzərilərin tarixi” əsərində görmək mümkün deyil. Qeyd edək ki, istifadə olunmuş ədəbiyyatlar siyahısında İbn əl-Əsirin “Əl-kamil fit-tarix” əsərinin Daşkənddə 2005-ci il nəşri göstərilmişdir. Artamonovun əsərində isə, istinad kimi göstərilən 242-ci səhifədə İbn əl-Əsirdən
qətiyyən sitat gətirilməmişdir. Ümumiyyətlə, bu yarımbaşlıq altında bütün qıpçaqların Qafqazdakı əsas ticarət
fəaliyyətlərindən deyil, yalnız və yalnız Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur. Mövzu isə, qıpçaqların Qafqazla bağlı fəaliyyətlərinə həsr olunub. Habelə, 138-ci səhifədə xeyli geniş şəkildə Qafqazda, XVI əsrdə, daha dəqiq ifadə olunarsa, 1578-ci ildə burada baş verənlərdən bəhs olunur. Tədqiqatın xronoloji çərçivəsi isə, yuxarda qeyd olunduğu kimi, XI-XIII əsrləri əhatə edir.
Göründüyü kimi, çoxlu kobud elmi səhvlərlə dolu olan, ümumi götürdükdə, məzmunu dissertasiyanın mövzusuna uyğun gəlməyən, pul müqabilində başqa bir şəxs tərəfindən yazılan bir dissertasiya işi, naməlum səbəblər ucbatından təsdiq edilərək, yalançı müəllifinə müəmmalı şəkildə tarix elmləri üzrə fəlsəfə doktoru elmi adı verilib. Müəllim adına belə layiq olmayan bu qadına dosent elmi adının verilməsini, bu universitetin bütün dosentlərinə təhqir hesab edirik!” — məktubda deyilir.
Şikayətçilər məktublarının sonunu belə tamamlayırlar: “Hörmətli media işçiləri, Sizdən artıq dərəcədə xahiş edirik ki, rektor Yusif Yusibovun və prorektor Şahin Xurşudovun yaxını bildiyimiz belə birisinin —
elmdən, müəllimlikdən tam uzaq olan Saidə Cəfər qızı İsmayılzadəyə dosent elmi adının verilməsinin qarşısının alınmasında bizə yardımçı olasınız! Kömək üçün, Sizə, qabaqcadan minnətdarıq!”.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.