Təqdim olunan materialları hissə-hissə geniş oxucu kütləsinə təqdim edirik. Pənah Azəri yazır: “Abşeron- Xızı Regional Təhsil İdarəsini rəhbəri İlhamə Abdullayeva və onun özünə yaxın olan vəzifəli şəxslər barəsində redaksiyamıza daxil olan məlumatlar tərəfimizdən araşdırılmışdır.
Araşdırma-1. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində Qarabağ problemi öz təsdiqini tapdıqdan sonra, Respublikamızın bütün bögələrində, şəhər və kəndlərində ölkəmiz özünün istər iqtisadi, istərsə də aqrar sahədə çiçəklənmə dövrünü yaşayır və bu xeyirxah quruculuq işinə start verilib. Təəssüf ki, bu cür inkişafa ləkə salan, qanunsuz, korrupsiya, rüşvətxor əməllərini həyata keçirən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya hələ ki, “gözün üstə qaşın var” deyən yoxdur. İlhamə Abdullayeva vaxtilə Sumqayıt şəhər 29 nömrəli məktəbin direktoru olan Vəfa Məmmədovanın qanunsuz əməllərinə don geyindirərək Sumqayıtda yaşayanlar bilməsin deyə, onu Abşeronun Fatmayi kəndinə direktor təyin etdirdi. Maraqlıdır ki, bu təyinata qədər adı çəkilən direktordan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Məktəbəqədər və Ümumi orta Təhsil Üzrə Dövlət Agentliyinə sayı- hesabı bilinməyən sayda şikayətlər daxil olduğu halda niyə vəzifədən kənarlaşdırılmadı, fəaliyyət dövrü hüquq-mühafizə orqanları tərəfindən yoxlanılıb ciddi tədbir görülmədi? Araşdırma nəticəsində məlum olub ki, İlhamə Abdullayeva 29 nömrəli məktəbin direktorunu Sumqayıt Təhsil Sektoruna müdir gətirəcəyini söz versə də, şikayətlərin sayı çox olduğundan məcburi şəkildə bütün neqativ işlərini ört-basdır edərək, onu adi çəkilən Fatmayı məktəbinə direktor təyin etdirib.
Sumqayıt şəhər 29 nömrəli məktəbdə direktor vəzifəsində çalışarkən dərs saatlarının qanunsuz satışı, müəllimlərlə kobud davranışları ilə bağlı Azərbaycan Respublikasının ehtiyatda olan zabiti, kapitan Vidadi Rzayevin aidiyyatı qrumlara etdiyi şikayətlərdən sonra işdən kənarlaşdırılması əvəzinə adı çəkilən direktorun başqa bir yerə yerdəyişmə olunaraq gizlədilməsində İlhamə Abdullayevanın maddi maraqları danılmazdır. Və nazir Emin Əmrullayev bütün bunlara susur…
Araşdırma-2. Sual olunur, İlhamə Abdullayeva! Vaxtilə Abşeron rayon Mehdiabad qəsəbə 5 nömrəli məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin apardığı yoxlama nəticəsində tutfuğu vəzifədən kənarlaşdırılan, ailəvi yaxınlıq etdiyin, rəfiqən Sevinc Allahverdiyevanı (Nazirlik hörmət əlaməti olaraq adı çəkilən şəxsi məktəbdə 6 saat olmaqla ixtisası müəllim kimi saxlayıb)
hansı əsaslarla Sumqayıt şəhər 36 nömrəli məktəbə direktor əvəzi təyin etmisən? Və buna nazir Emin Əmrullayev niyə susur? Qeyd edim ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb vaxtilə Respublikanın ən öndə gedən məktəbləri sırasında olub. Gəldiyi gündən adı çəkilən məktəbi acınacaqlı hala salan Sevinc Allahverdiyeva Mehdiabaddakı yarıtmaz iş sistemini burada da bərpa edərək korrupsiya çirkabına batmaqda özünü günahsız bilir. Hegemonluq, mənəm-mənəmlik, dövlət qanunları yox, şəxsi qanunlar Sevincin baş meyarıdır. Dövlət qanunları Sevinc üçün əsas deyil. Əsas İlhamə Abdullayevanın şəxsi qanunlarıdır ki, havadarlıq nəticəsində ondan da səmərəli istifadə edə bilir. Rəfiqəlik, ailə münasibətlərinin yaxınlığından istifadə edən İlhamə Abdullayeva, Sevinc Allahverdiyevanın oğlu Nicat Allahverdiyevi Abşeron TİQ-ə müdir təyin etməklə Abşeron məktəblərindəki invertar əşyaların yeyintisini həyat keçirdir. Vaxtilə həmin vəzifədə çalışan Eldar adlı müəllimi dindirin və o, izahat yazsın ki, İlhamə Abdullayeva onu işdən çıxartmaq üçün necə şantaj edib və onu hansı hədə-qorxularla yol salıb. İlhamə Abdullayevadan soruşmaq lazımdır, 1000 (bir min ) nəfər şagirdi, 130 nəfər müəllim və texniki işçisi olub, Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən 44 saylı məktəbdən Arifə Balakişiyevanı Respublikada şagird və müəllim kontingentinin sayına görə ikinci yerdə olan, 6000 (altı min) şagird, 500 (beş yüz) nəfər müəllim və texniki işçi heyyəti olan Xırdalan şəhər bir nömrəli məktəbə direktor gətizdirməkdə hansı marağa xidmət eləmisiniz? Məgər Xırdalan 1 nömrəli məktəbdə direktor vəzifəsinə təyinat üçün kadr yox idi? Bakıdan bir ailənin üç üzvünü tabeliyində olan məktəblərdə vəzifəyə təyin etmək hansı maraqdan irəli gəlir, vətəndaş İlhamə Abdullayeva? Nazir Emin Əimrullayevə sual olunur! – Necə olur, biz jurnalist olaraq qısa zaman kəsiyində Abşeron-Xızı Regional Təhsil İdarəsindəki nöqsanları, milyonlarla manat dövlət əmlakını mənimsəyənləri, talançıları, bir sözlə, İlhamə Abdullayeva başda olmaqla korrupsiya çirkablığına bulaşanların, neqativ halları tapıb üzə çıxara bilirik, amma tabeliyinizdə olan qurumlar bunlara göz yumur, rüşvətxorluq hüquq-mühafizə orqanlarından gizlədilir? (əslində susdurulur). Emin Əmrullayev, sizin bunlardan xəbəriniz yoxdur? Müavinləriniz necə, onların da xəbəri yoxdur? İdarə, şöbə rəisləriniz necə, onların da xəbəri yoxdur? Doğrudanmı Abşeron – Sumqayıt Regional Təhsil İdarəsinin İlhamə Abdullayeva kimi rüşvətxor kadra (kadrlara) ehtiyac var?
Araşdırma-3. Etibarlı mənbənin verdiyi məlumata görə, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə analoqu olmayan “inkişaf” gedir. İlhamə Abdullayeva ilə ailə dostu olan məktəb direktoru Adilə Süleymanova üçün təhsil qalıb bir kənarda məktəbdə bazar qiymətləri hökm sürür. Təhsildə keyfiyyət, müasir standartlara cavb verən təlimlər, şagirdlərin məktəbə davamiyyəti, onlarla işin təşkili, sinif rəhbərlərinin valideyin şagird məktəb münasibətləri bir kənarda qalıb. Məktəbdə şagirdlərin sanuzellərdə siqaretdən istifadə qaydaları, davmiyyətin 9-cu, 10-cu və 11-ci siniflər çox aşağı səviyyədə (regionun bütün məktəbləri bu gündədir) olması bu məktəbin, (məktəblərin) hansı acınacaqlı tale yaşamasından xəbər verir. İş o yerə çatıb ki, məktəbin 9Ç sinif şagirdi Əhmədova Səlimə Səlim qızı, (ad şərtidir), məktəbin rus
bölməsinin 11D sinfində təhsil alan Məmmədov Məmməd Məmməd (ad şərtidir) oğlundan hamilə qalıb. Hadisə mediadan, Təhsil Nazirliyindən və hüquq-mühafizə orqanlarından gizlədilib, səbəb? Vaxtilə adı çəkilən məktəbin direktoru işləmiş İlahə xanımın dövründə məktəb özünün çiçəklənmə dövrünü yaşadı. Lakin bu inkişaf İlhamə Abdullayeva üçün heç də qaneedici olmadı. Çünki, deyilən şərtlərlə razılaşmayan, lazım olan qanunsuz işlərə getməyən direktor İlahə xanıma məktəbin daxilində İlhamə Abdullayevaya münasib olan məktəbin təsərrüfat müdiri Teymur Abbasov kimi adamlarla işbirliyi düzəldib direktora zərbə vuraraq minbir bəhanə ilə onu tutduğu vəzifədən kənarlaşdırdı. Qeyd edim ki, Teymur Abbasov məktəbin təsərrüfat işləri üzrə direktor müavini olsa da, məktəbin inventar əşyalarını təhvil-təslim etməyib. Onun işlərini digər direktor müavini həyata keçirib. Bu işdə məktəbin təşkilatı məsələlər üzrə direktor müavini Şəhla xanımın rolu oldu. Çünki, o da vaxtilə bu məktəbə direktor gəlmək fikrində idi. Yalnız bu məktəbə. Sual oluna bilər, niyə məhz bu məktəbə? Bütün bunlardan məharətlə istifadə edən İlhamə Abdullayeva özünün sağ əli olan, rəfiqəsi Adilə Süleymanovanı hansı maraqlar hesabınasa adı çəkilən məktəbə direktor təyin etdi. Təyin olunduğu gündən məktəbdə dərsə davamiyyəti zəif olan şagirdlərə hədə-qorxu gəlməklə, onlardan müəyyən qədər məbləğlərin tələb olunması, məktəbə gəlməyən şagirdlərdən rüşvətin alınması, həmçinin saxta qiymətlərin yazılması hansl səbəbdən irəli gəlir? Vaxtilə şagird sayı 3000 nəfərdən çox olan məktəbin bu gün şagird sayı 2500 nəfərə düşüb. Bilirsinizmi niyə? Çünki, valideyinlər öz övladlarını artıq bu məktəb direktoruna və onun komandasına etibar etmirlər. Səbəb isə burada baş verən özbaşınalıq, rüşvətxorluq, korrupsiya, qanunsuzluq, hegemonluq, şagirdlərin kobud davranışlarının qarşısının alınmaması, xüsusilə ilə sanuzellərdə siqaret, qəlyan çəkilməsi və sair olan məsələlərdi. Budur Abşeron – Sumqayıt Regional Təhsil İdarəsinə rəhbər təyin etdiyiniz İlhamə Abdullayevanın Təhsil Siyasəti! Budur İlhamə Abdullayevanın Azərbaycanın Təhsil sistemindəki İnkişafı! Maraqlıdır ki, adı çəkilən məktəb haqqında hansı sosial şəbəkədə yazılar gedirsə, dərhal özü, yəni İlhamə Abdullayeva hərəkətə keçib bunun qarşısını rüşvətlə bağlayır. Bu günə kimi bu məsələlərə cavabdeh olan qrum, Elm və Təhsil Naziri Emin Əmrullayev və onun özünü karlığa, korluğa, lallığa qoymuş komandası susur və susmaqda davam edir.
Araşdırma-4. Bütün məktəblərdə və bağçlarda aylıqlar yığılır. Bu aylıqlar əvvəllər Təhsil şöbələri tərəfindən həyata keçirilirdi və demək olar ki, sabiq nazirlər Mikayıl Cabbarovun və Ceyhun Bayramovun
dövründə bir çox məktəblərdə bunun qarşısı alındı, nöqsanlar yetərincə aradan qaldırıldı. Emin Əmrullayevin nazir təyinatından sonra aylıqların yığılması, bütün məktəblərdə, bağçalarda həyat keçirilməyə başladı. Bu aylıqlar kimə çatır? Niyə yığılır? Vaxtilə təhsilimizin inkişafını əldə bayraq tutanlar İlhamə Abdullayevanın Regionala rəhbər təyiatından sonra tutduqları vəzifələrindən kənarlaşdırıldı və onların yerlərinə iş bacarığı olmayan, təhsildə yetərincə təcrübəsi olmayanlar, sözün tam mənasında rüşvət hərisliləri vəzifəyə təyin olundular. Çünki, İlhamə Abdullayevaya Azərbaycan təhsilini azərbaycan övladlarına öyrədənlər yox, rüşvət almağa və verməyi bacaranlar lazım idi, “Şükürlər olsun ki, İlhamə Abdullayeva nazir Emin Əmrullayevin “humanistliyi “ sayəsində bu arzu və istəyinə nail olub və olmaqda davam edir”.
Araşdırma- 5. İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsində 15 nəfərdən çox şəxsi işçini qeyri-qanuni olaraq Dövlət Qulluğu imtahanından keçmədən işə qəbul edib, onlara Dövlət Qulluğu adı ilə əmək haqqı ödənişi etdirmək nə dərəcədə düzgündür, vətəndaş Emin Əmrullayev? Niyə həmən Dövlət Qulluqçusu olan vəzifələr vakansiyaya çıxarılmadan gizlədilib? Marağınız nədən ibarət olub? Sumqayıt sektoruna yeni təyin etdiyin İman (qara kassan) təhsildəki hansı nailiyyətlərinə, keyfiyyətlərinə, xidmətlərinə görə vəzifəyə təyin olunub?
Araşdırma-6. Sualım Emin Əmrullayevadır: Necə olur ki, keçmiş təhsil naziri Ceyhun Bayramovun əmri ilə rüşvət üstündə təhsildən qovulan Abdullayeva İlhamə Sarif qızı, sizin dövrünüzdə Abşeron-Xızı Regional Təhsil İdarısinə müdir təyin olundu? Siz bilmirdiniz ki, Bakı şəhər Təhsil İdarəsində müavin işlədiyi dövrdə şagirdlərin elektron yerdəyişməsi ilə məşğul olan İlhamə Abdullayeva, Bakı şəhər 20 nömrəli tam orta məktəbdə qanunsuz yerlər açaraq sıxlıq yaradır və müəyyən məbləğ qarşılığında rüşvət almaqla şagird yerləşdirib? Məgər siz bilmirdinizmi ki, vaxtilə Təhsil Nazirliyində nazir müavini vəzifəsində işləyən, hal-hazırda Azərbaycan Respublikasının İsrail dövlətində səfir vəzifəsində çalışan Muxtar Məmmədovla İlhamə Abdullayeva birləşib sızin haqqnızda sosial şəbəkədlərdə gizli profillə xoşagəlməz yazılar yazdırıb özlərini gələcəkdə biri Nazir, digəri isə Nazir müavini postuna hazırlayırlar?
Araşdırma-7. Vətəndaş Emin Əmrullayev! Məgər siz bilmirsiniz ki, İlhamə Abdullayeva Regional Təhsil İdarəsindən gedəcəyini bildiyi halda, özünü Bakı Şəhər Təhsil İdarəsinə müdir vəzifəsinə təyinat aldırmaq arzusu olub? İmtina cavabı alındıqdan sonra isə, yəni: – Bu istəyi baş tutmadıqda isə Məktəbəqədər Ümumi Təhsil Üzrə Agentliyə direktor müavini vəzifəsinə gedəcəyini qarşısına məqsəd qoyub. Eşqi Bağırov onun bu arzusunu da gözündə qoyub. İlhamə Abdullayeva bu yaxınlarda Bakı şəhərindəki “Elux Events Hall” Restoranında qızına toy mərasimi etdi. Allah xoşbəxt eləsin!. Bu restoranda qiymətlər hər adambaşına 300 manatdan başlayır. Toya dəvət olunan direktorlara, direktor müavinlərinə özünün sifarişli tələbi ilə 1000-3000 manat civarında nəmər yazdırdılar. Bu, İlhamə Abdullayevanın tabeliyindəki məktəb rəhbərlərinə xüsusi tapşırığı idi. (CM-nin 308-ci və 309-cu maddələri vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə) Bəzi vəzifəli şəxslər də həmin toyda iştirak edirlər. Fikirə əlavə: Ölkə Prezidenti, Cənab Ali Baş Komandan bildirib ki, “heç bir məmur övladına dəbdəbəli toy etməməli, bizdən (öz ailəsindən) nümunə götürməlidir”. Məsələ burasındadır ki, övladının xeyir işi üçün bütün cehizlər Birləşmiş Ərəb Əmirliyindən İlhamə Abdullayevanın özü tərəfindən seçilərək gətirilir. Maraqlıdır ki, İlhamə Abdullayeva məzuniyyətdə olmaya-olmaya Birləşmiş Ərəb Əmirliyinə necə gedir? Ona icazəni kim verir? Yaxud da, İlhamə Abdullayevanın xaricə getməsi barədə rəsmi qrumlar tərəfindən araşdırma aparılıbmı? Bəlkə bundan da xəbərin yoxdur, vətəndaş nazir Emin Əmrullayev?
Araşdırma- 8. Sual olunur, İlhamə Abdullayeva Regional İdarədə çalışan Məmməd Bayramovu işdən niyə azad edə bilmir? Səbəbi budur: – Vaxtilə Məmməd Bayramova və Rövşən adlı şəxslərə Abşeron rayonundakı uşaq bağçalarından rüşvət yığdıraraq küllü miqdarda qanunsuz işlər gördürüb. Şikayətlərin çoxaldığını görən İlhamə Abdullayeva müəyyən müddət keçdikdən sonra, Rövşəni tutduğu vəzifədən kənarlaşdırır. Məmməd Bayramovu isə kənarlaşdıra bilmir. Səbəb: – əgər məni işdən kənarlaşdırsan, sənə verdiyim rüşvəti aidiyyatı qurumlara çatdıracağam deməyidir. Elə buna görə də inzibati sektorda adı işdə gedən Məmməd Bayramova İlhamə Abdullayeva “gözün üstə qaşın var” deyə bilmir. Məmməd Bayramov işə gəlmir. Lakin maaşını və ona çatan “konvert” məvacibin alır. İlhamə Abdulayevanın apardığı ikibaşlı siyasət nəticəsində regional idarədə ikitirəlik yaranıb. Etibarlı mənbənin verdiyi məlumata görə İlhamə Abdulayeva özünə məxsus siyasəti ilə qurduğu bu qarşıdurmadan xüsusi zövq alır və şəxsi mənafeyi naminə faydalanır. Düşünürəm ki, dövlət büdcəsindən məktəblərin sosial təminatının yaxşılaşdırılması üçün ayrılmış külli miqdarda pulların hara və necə xərclənməsinin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bütöv bir regionalın təhsilini korrupsiya çirkablığına bulayan İlhamə Abdullayevanın yalanları, riyaları, xahiş-minnətlərı üstə qurulmuş dələduzluğu ifşa olunmalı, törətdiyi cinayət əmllərinə görə məsuliyyətə cəlb olunmalıdır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Ardı var.
araz.az xəbər portalı.