3 saylı Uşaq Evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi aşkar olunub.
Xəbər verilir ki, bu İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələri zamanı müəyyən edilib.
Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.
MPQ üzvləri hər iki müssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildirib.
araz.az xəbər portalı.