Və yaxud təhsil ekspertləri Samir Şərifovu nədən hədəfə aldı?
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Beləliklə, 04-11 noyabr 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir. Onun barəsində “Rauf Vəliyevin ayağındakı KORRUPSİYA – İTTİHAM”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qapalı korrupsiya”, ““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə pul qalmaqalı – İki vəzifəli şəxs işdən çıxarıldı”, “QSC-nin rəhbərliyindəki dəyişikliyə səbəb nədir?”, ““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə pul qalmaqalı böyüyür :sədr müavini zərərsizləşdirildi”, ““KASPAR”DA PUL QALMAQALI BÖYÜYÜR – İTTİHAM” başlıqlı 6 məqalə ümumilikdə 14 elektron KİV-də işıqlandırılmışdır.
Elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ““Dövlət universitetləri tamamilə pulsuz olmalıdır” – Ekspert”, “”ABŞ-da da tələbələr verilən kreditləri ödəmirlər” – Ekspertdən Samir Şərifova cavab”, “TƏHSİL EKSPERTLƏRİ HİDDƏTLƏNDİ”, ““DEMƏK SAMİR ŞƏRİFOV UNİVERSİTETLƏRİMİZƏ BEL BAĞLAMIR” – Təhsil eksperti nazirin fikrini PİSLƏDİ”, “O bilmir ki, tələbələrə krediti dövlət yox, universitetlər verir – Təhsil ekspertindən maliyyə nazirinə ittiham”, ““DEMƏK SAMİR ŞƏRİFOV UNİVERSİTETLƏRİMİZƏ BEL BAĞLAMIR” – TƏHSİL EKSPERTİ NAZİRİN FİKRİNİ PİSLƏDİ” başlıqlı 6 məqalənin 8 elektron KİV-də yayılması ilə tutur.
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “ABŞERON “VTEK” SAHIL BABAYEVƏ QARŞI: “ƏLIL GÖZÜMÜ PENSIYAYA DIKMIŞƏM…” – FOTO”, “Sahil Babayev Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurur – ƏLİLİN PENSİYASI KƏSİLDİ”, “Sahil Babayev vəzifələrə qohumlarını təyin edir – Səlim Müslümovun sələfi də onun yolu ilə gedir”, “Sahil Babayev vəzifələrə qohumlarını təyin edir” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev tutur.
/Muxalifet.az/
araz.az xəbər portalı.