Ermənistan istehsalı olan suvenirlər və spirtli içkilər Qərb ərazi Baş Gömrük İdarəsi Mazımçay gömrük postunda saxlanılıb.
Araz.az.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən post rəisinin sözlərinə görə həmin məhsullar Azərbaycana daxil olan turistlərdən aşkarlanaraq müvəqqəti saxlanc anbarına yerləşdirilib:
“Ermənistan istehsalı olan suvenirlər və spirtli içkilər fərqli ölkələrdən olan turistlərdən aşkarlanıb. Onlar bizim qanunvericiliyi bilmirlər, qanunvericiliyə görə isə ölkəyə Ermənistan istehsalı olan məhsulların keçirilməsi qadağandır. Ona görə də həmin məhsullar saxlanılaraq anbara verilir. Saxlanma müddəti bitdikdən sonra isə xüsusi komssiya yaradılaraq məhv edilir”.
Ermənistan istehsalı olan məhsullar gömrük postunda saxlanıldı — FOTOLAR
araz.az xəbər portalı.