Moskvada baş verən atışmadan sonra bütün kütləvi tədbirlər ləğv edilib.

araz.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Eyni zamanda son məlumata görə “Crocus City Hall”da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

İz.ru yazır ki, Crocus City Hall-da FSB və terrorçular arasında atışma baş verir.

Qeyd edək ki, atışma baş verən zal Azərbaycan əsilli Rusiya iş adamı Araz Ağalarova məxsusdur. Zal Krasnoqorskdakı Crocus City biznes mərkəzinin ərazisində yerləşir. 2009-cu ildə açılıb və müğənni Müslüm Maqomayevin adını daşıyır. /Musavat.com /

araz.az xəbər portalı.