imza prez

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Gömrük Komitəsinin sədri

Kollegiyanın üzvləri

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

araz.az xəbər portalı.