Emin-a.jpg

“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Krokus siti holl”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.

araz.az xəbər verir ki, bu barədə biznesmen instaqramda yazıb.

“Krokus siti holl”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 82 nəfər ölüb, çox sayda insan yaralanıb. /qaynarinfo.az/

araz.az xəbər portalı.