Belçikanın Limburq bölgəsinin Heusden-Zolder rayonunda terror təşkilatı PKK tərəfdarlarının təxribatına türk əsilli vətəndaşlar reaksiya veribHadisələr zamanı dava düşüb və bəzi maşınlar yandırılıb. Polis müdaxilə edərək, asayişi təmin edib.
araz.az xəbər verir ki, paytaxt Brüsseldən təxminən bir saatlıq məsafədə yerləşən Heusden-Zolderdə Novruz bayramı adlanan tədbirdən qayıdan PKK tərəfdarları avtomobillərində terror təşkilatı PKK-nın rəmzi cır-cındır və lider Abdullah Öcalanın plakatları ilə ətrafda gəziblər. PKK tərəfdarları şüarlar səsləndirərək, əksəriyyəti türk əsilli vətəndaşların yaşadığı küçədən keçib. Türklər qrupa reaksiya göstərdi. Bundan sonra dava düşüb. Bəzi vasitələrin yandırıldığı hadisə yerinə çox sayda polis qrupu sövq edilib.
Hadisələrin yayıldığı Houthalen-Helchteren rayonunda polis qrupa təzyiqli su ilə müdaxilə edib. Heusden-Zolder Bələdiyyə sədrinin müavini Yasin Gül, AA müxbirinə verdiyi açıqlamada, təxribat məqsədilə konvoya qatılanların türk əsilli bir vətəndaşı döydüyünü söylədi. Gül, “60 ildir burada Qərbi Avropa türkləri olaraq yaşayırıq. Daha əvvəl bələdiyyəmizdə belə bir hadisə ilə rastlaşmamışıq. Bələdiyyəmizin əhalisinin demək olar ki, dörddə biri türk əsilli vətəndaşlardan ibarətdir” dedi.
Hadisələr başlayandan sonra dövlət orqanlarının lazımi əhəmiyyəti göstərdiyini deyən Gül ətraf şəhərlərdən və ölkələrdən terror təşkilatı tərəfdarlarının gəlib hadisələrə müdaxilə edəcəyi ilə bağlı yayılan xəbərlərə görə polisin müvafiq yolları bağladığını, girişləri bağladığını bildirib. Gül vətəndaşları sülhü qorumağa dəvət edib.
Houthalen-Helchteren Bələdiyyə Başçısı Alain Yzermans yerli mətbuata açıqlamasında hadisələrin PKK tərəfdarlarının karvanı zamanı bir türk gəncin hücuma məruz qalması nəticəsində başladığını və bunun sosial mediada sürətlə yayılması ilə hadisələrin daha da böyüdüyünü açıqlayıb.
Yzermans artıq vəziyyətin nəzarət altına alındığını və polisin səhərə qədər patrul edərək ayıq-sayıq qalacağını qeyd edib.\turkustan.az/
araz.az xəbər portalı.