Fransa prezidenti Emmanuel Makron işğalçı İsrailin baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edib ki, fələstinlilərin Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün edilməsi “müharibə cinayəti” təşkil edə bilər.

araz.az   verir ki, Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb.

Görüş zamanı Makron Rəfaha qarşı istənilən hərbi əməliyyata qarşı olduğunu bir daha təkrar edərək, Netanyahuya fələstinlilərin Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün edilməsinin “ müharibə cinayəti ” təşkil edə biləcəyi barədə xəbərdarlıq edib.

Fransa BMT Təhlükəsizlik Şurasına “dərhal və daimi atəşkəs ” tələb edən qətnamə təqdim etməyi planlaşdırır.

Keçən cümə günü İsrailin Fələstinin İordan çayının qərb sahilində 800 hektar ərazini ələ keçirməsini pisləyən Makron Netanyahuya Qəzzada “dərhal və daimi atəşkəs ” tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etmək niyyətində olduğunu açıqlayıb .

Makron həmçinin Netanyahunu humanitar yardımların daxil olması üçün Qəzza zolağına bütün keçid məntəqələrini dərhal açmağa çağırıb.

araz.az xəbər portalı.