Mamuka-Baxadze.jpgGürcüstan hökuməti ilin sonuna kimi 600 min nəfərin banka olan borcunu siləcək.
Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi fövqəladə brifinqdə məlumat verib:

“”Qara siyahı”da qeydiyyata düşən təxminən 95 faiz borcun əsas məbləği 2 min larini keçmir. Söhbət 600 min vətəndaşın banklara, onlayn təşkilat və ya digər maliyyə institutlarına olan maliyyə öhdəliklərindən gedir. Həmin borcun ümumi çəkisi, təxminən 1,5 milyard lari ( 942 900 000 manat) təşkil edir. Bugünkü qərara əsasən, 1,5 milyardlıq həmin borc həmvətənlərimiz üçün silinəcək”.

 

araz.az xəbər portalı.