Gəncədə ötən il dekabrın 23-də güclü küləyin uçurduğu dam örtüyü hələ də bərpa edilməyib.
araz.az Xezerxeber.az-a istinadən bildirir ki, sakinlər binanın döşəməsinə, masaların üzərinə müxtəlif qablar düzərək evə daman yağış suları ilə mübarizə aparmağa çalışırlar.
Hər yağış yağanda eyni vəziyyət yarandığından sakinlərin binanın damına polietilen örtüklər sərərək suyun dammasının qarşısını almağa çalışırlar. Buna baxmayaraq, binanın bloklarında və mənzillərdə yağıntıların fəsadları aşkar görülməkdədir.
Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyindən bildirilib ki, sözügedən ünvanda küləyin törətdiyi fəsadla əlaqədar müvafiq hesablama və sənədləşmə işləri aparılıb. Yaxın günlərdə zəruri tikinti materiallarının ayrılması və təmir işlərinə başlanması nəzərdə tutulur.
araz.az xəbər portalı.