Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində piyadalar üçün quraşdırılmış işıqforların heç biri işləmir.

araz.az bildirir ki, bu səbəbdən də piyadalar yolu keçmək istəyərkən təhlükə ilə üzləşirlər. Xezerxeber.az-ın məlumatına görə, sözügedən yoldan mütəmadi istifadə edən piyadalar deyirlər ki, işıqforlar uzun müddətdir işləmir. Onların sözlərinə görə, bu səbəbdən də ərazidə piyadavurma halları tez-tez baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Problemin səbəbi dəqiqləşdirildikdən sonra həlli istiqamətində müvafiq addımlar atılacaq.

 

 

araz.az xəbər portalı.