Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin döyüldüyü deyilir. Bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb.

araz.az  Qafqazinfo-ya istinadən bildirir ki, onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub.

E.Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov reaksiya verib.

Z.Hüseynov bildirib ki, fakt icraata qəbul edilib:

“Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

araz.az xəbər portalı.