Aia.az satyı olaraq daxil olan şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən də çətindir. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Möhtərəm Yusif Yusibov öz vəzifəsindən istifadə edərək özünə baş müşavir, orta müşavir, kiçik müşavir, aşağı müşavir və s. kimi vəzifələr yaradıb. Universitetin pullarını sağa-sola səpirlər,amma müəllimlərin maaşlarını artırmırlar. Universitet yalnız rektor və onun ətrafından ibarət deyil.
Hörmətli rektor Yusif Yusibovun baş müşaviri Asif Cavadovdur, kiçik müşaviri İlqar Kuybışevdir, orta müşaviri Elsevər Nağıyevdir (öz qohumu). Hələ bu azmış kimi səlahiyyətli nümayəndələr kimi yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını, öz dovşanlarını təyin edir.
Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir. Bu vəzifəyə Orxan adında birini təyin edib,magistratura şöbəsini bitirib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market? Marketinq vəzifəsi yalnız ticarət obyektlərində olur. Görünür, hörmətli Yusif Yusibov Gəncə Dövlət Universitetini marketə çevirib,bura da onun ticarət bazarıdır. Bu universitetdə Yusif Yusibov ,onun müşavirləri, marketoloqları əməlli – başlı bazar açıblar.
Asif Cavadov baş müşavir olmaqla marketinq qaydasına əməlli-başlı xidmət göstərir. Onun göstərdiyi fəaliyyətə görə, ona hətta əməkdar müəllim adını da verdiriblər.Halbuki,onun bircə saat da dərs keçdiyini görən olmayıb.
Asif Cavadovun həyat yoldaşı psixologiya kafedrasının müdiri Zümrüd Şirinova (Cavadova) həmin kafedranı özəlləşdirib.Bu adam vaxtı ilə ulu öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs,eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur.Bunu təsdiq edən,o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk.Bu şəxs indi kafedra müdiridir, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Asif Cavadovun ailəlikcə universiteti öz əllərinə alaraq göstərdiyi fəaliyyətləri onun övladlarının da özbaşınalıq etmələrinə şərait yaradıb. Asif Cavadovun oğlu və qızı maşınla adam vuraraq öldürüb və qanını universitetdən yığdıqları pulun hesabına batırıblar. İndi də həmin pulların yerini doldurmaq üçün dəridən – qabıqdan çıxırlar. Baş müşavir vəzifəsi nəyə və kimə lazımdır? Hətta hörmətli rektor Asif Cavadova xidməti maşın da verib. Bu xidməti maşının ehtiyat hissələri və gündəlik yanacaq sərfiyyatı universitetin hesabına ödənilir.
Belə xidməti maşınlar təkcə Asif Cavadovun deyil, həmçinin rektorun ətrafında olan, qondarma vəzifələr yaradaraq təyin etdikləri yaxın çevrəsinin hər birində var. Elsəvərin (rektorun qohumu) də xidməti maşını vardır. 20-AA-556 nömrəli maşını Gülsüm Fətəliyeva(Musa Urudun bacısı,Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaymamasıdır,Texnologiya Universitetindən qovulub,70- dən çox yaşı var,GDU-da humanitar işlər üzrə prorektor vəzifəsini ona hədiyyə ediblər),20-AA- 352 nömrəli maşını Pərvin Kərimzadə (deputat Elmar Vəliyevə ən sadiq şəxslərdən biri,innovasiyalar üzrə prorektordur.Bilinmir ki,bu adam deputatdır,yoxsa prorektor?Bir saat belə dərs keçmədiyi halda ona da əməkdar müəllim adını verdirdilər),20-AA-442 nömrəli maşını Asif Cavadov( baş müşavirdir,universitetin qara qutusudur,bütün rüşvəti o yığır.Xidməti maşın Asif Cavadov üçün nəzərdə tutulsa da arvadı Zümrüd xanıma və bütün ailəyə xidmət edir),20-AA-577 nömrəli maşını Fəxrəddin Həsənov (tikinti biznesinin pul üyüdən maşını),20-AA-542 nömrəli maşını Fəxrəddin Məmmədov(prorektor),20-AA-522 nömrəli maşını Elsevər Nağıyev (müşavir,köməkçi,Yusif Yusifovun yaxın qohumu),20-AA-082 nömrəli maşın isə cənab rektorun özünü gəzdirir.Bütün bu maşınlara gündə 20 litrə qədər benzin pulu və ehtiyat hissələrin pulu universitetin büdcəsindən ödənilir.
Axı hörmətli rektora kim bu səlahiyyətləri verib ki, universitetin pullarını sağa-sola səpsin.
Hörmətli Yusif Yusibovun marketoloqu Orxan ağlına gələn tədbirlər keçirdərək universitet büdcəsini talan edir. O, hərbi xidmətdə olmalı olduğu halda bu gün universitetin marketinq işlərini görür.Universitetdə Orxanı hamı “Yusifin oğlu” deyə çağırırlar. Hörmətli rektor Orxanı hərbi xidmətdən saxladaraq onu yanında şərəfləndirmiş və heç bir yerdə misli görünməmiş vəzifə yaradaraq həmin vəzifəyə təyin etmişdir. Orxana o qədər sərbəstlik verilib ki, hətta o, istənilən vaxtı tələbələri avtobuslara doldurub istədiyi yerlərə aparır, orada tədbirlər və mənasız, lazımsız layihələr keçirtmək adı ilə universitetin pullarını sağa- sola səpir.
Artıq o vəziyyət yaranıb ki, deyəndə ki, bu layihələr kimə lazımdır, bu pulları müəllimlərə versəniz olmazmı? Bəs nazirlik buna nə deyir? Sabah nazir Ceyhun Bayramov bundan xəbər tutsa nə olacaq? Cavabında deyirlərki, xəbər tutmur nə tutur tutsun.Onsuz da ölkə belədir. Kim hardan necə qapır qapsın, necə dağıdır dağıtsın…. sakitcə işini gör. Görmürsənmi Beynəlxalq Bankın Sədrinin arvadı Zamirə xanım 26 milyon dolları Londonda bir gündə necə xərclədi? Kim ona nə etdi? Yaxud Eldar Mahmudov, Səlim Müslümov və başqaları. Onlara kim nə etdi ki ? Hərə bir tərəfə dağıdır. Indi bizim əlimizdə fürsət olduğu halda nəyə görə durub baxmalıyıq.
Göründüyü kimi Yusif Yusibov və onun dağıdıcı komandası heç kimdən qorxmur, universitetin pullarını istədikləri kimi xərcləyirlər. Bir balaca 20-25 kvadrat metrlik musiqi kafedrası üçün ayrılan otağa 1milyon manatdan çox pul xərcləyiblər.
Gəncə Müəllimlər İnstitutunun binası GDU-ya verildi,bi hazır binaya guya yenidən tikilmiş adı ilə 32 (otuz iki) milyon manat pul xərclənib.Halbuki, cənab Prezident sıfırdan başlayaraq tikiləcək kompleks bir məktəbə bir milyon manat ayırır.Göründüyü kimi, universitetin pullarını istədikləri kimi xərcləyirlər.
32 milyon pula 20-30 məktəb tikmək olar. Gəncə şəhərində 3 universitet var. Aqrar Universitet, Texnalogiya Universiteti və Gəncə Dövlət Universiteti. Bunlardan ikisində – Aqrar Universitet, Texnologiya Universiteti- tələbələrinin sayı ikisinin birlikdə cəmi, heç Gəncə Dövlət Universitetindəki tələbələrin sayinin yarısına bərabər deyil. Necə olur ki, həmin universitetlərdə- Aqrar Universitet, Texnologiya Universiteti- müəllimlər yüksək maaş alır, amma GDU-da müəllim dilənçi payı alır? Bunun səbəbi nədir? Çünki, hörmətli Yusif Yusibov hələ də özünü fikirləşir, özünü düşünür,həttə fəxri adları belə öz dovşanlarına və bir saat belə dərs keçməmiş adamlarına paylayır.İlqar Kuybışev,Vasif Həsənov və digərləri hansı keyfiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar?
Vasif Həsənov innovasiyalar departamentinin sədridir.Bu adam öz qardaşı Asif Həsənovla birgə kompüterdə test imtahanlarına bütün rəhbərliyi həyata keçirir,istədikləri adamın cavablarını düzəldir,istənilən adamı pul verməyəndə kəsdirirlər.Vasif Həsənov nurçudur,Fateh Gülən camiyyəsi ilə güclü əlaqələrə malikdir, nənəsi ermənidir,Məmməd Əmin Rəsulzadəni təhqir edən, Elmar Vəliyevin iclaslarını təşkil edən,ona su süzən deputat Naqif Həmzəyevlə yeznə-qayındır,bu şəxs bütün günü xarici ölkələrdə başının dəstəsi ilə kefdədir,layihələr adı ilə universitetin pullarını sağa sola səpir.Bu şəxs hansı keyfiyyətləırinə görə Tərəqqi medalı ilə təltif olunub ,çox maraqlıdır.
Rektor gözdən pərdə asmaq üçün deyir ki,qarşıdan gələn qış imtahan sessiyasında pul yığılmayacaq.Məqsəd aydındır,tələbələri imtahan sessiyasının baltası Vasif Həsənovun sehrli kompüterləri ilə kəsdirmək,tələbələrin bu kəsrləri ödəmələri üçün qanuni yolla universitetin büdcəsinə kredit pulu keçirilməsinə nail olmaq,sonra da rüşvət alıb qiymətləri yazmaq.Allah heç bazar verməsın…..
Bu məsələ ilə bağlı aidiyyatı orqanlar niyə maraqlanmır?
Hörmətli redaksiya ,xahiş edirik ki,bu məsələni ictimailəşdirəsiz.
Yunis Hüseyn oğlu Hacıyev-
kimya kafedrasının baş müəllimi
P.S Qarşı tərəflə dəfələrlə əlaqə saxlamağa çalışsaqda bu cəhdlərimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
aia.az
araz.az xəbər portalı.