Danimarkanın “Danske bank”-ının Estoniyada fəaliyyət göstərən filialında 2007-2015 illər dövründə baş verən 230 milyard dollarlıq çirkli pulla bağlı aparılan istintaq genişlənir. Yuyulan çirkli pulların bir qisminin rus lider Putin və yaxınlarına aid olduğu irəli sürülür.
ABŞ-ın Ədliyyə Nazirliyi, “Deutsche Bank” və “Bank of America” ilə təmasa keçərək Danimarkanın “Danske Bank”ı ilə münasibətləri haqqında məlumat istəyib.
Sentyabr ayında “Danske”, apardığı daxili araşdırma ilə, Estoniyada fəaliyyət göstərən filialında 2007-2015 illər dövründə 230 milyard dollarlıq çirkli pulun yuyulmasından şübhəli olduğunu bildirmişdi.
Ölkənin iqtisadi böyüklüyünü üstələyir
Sözügedən əməliyyatların böyük hissəsi Estoniya vətəndaşı olmayan müştərilərə aiddir. Şübhəli əməliyyatların miqdarı Estoniya iqtisadiyyatının miqyasını belə aşıb. Qalmaqalın baş verməsindən sonra “Danske”-nin İdarə Heyətinin sədri və icraçı direktoru istefa etmək məcburiyyətində qalıb.
Putinə qədər gedir
Heyrətamiz bir şəkildə Rusiya prezidenti Vladimir Putinin adı da prokurorların məsələ ilə bağlı hazırladıqları sənədlərin içində yer alıb.
ABŞ və Avropada istintaqı aparan qurumlar “Danske”-nin Estoniya şöbəsində yuyulan çirkli pulun bir qisminin rus lider Putinə və yaxınlarına aid olduğunu düşünür.
araz.az xəbər portalı.