İki reklam löhvəsi üçün Heydər Əliyevin xatirəsinə hörmətsizlik edilib.
Mərhum prezident Heydər Əliyevin Qazax rayonundakı Avtovağzal binasının üzərində olan plakatı sökülərək yerinə “Abu Life” adlı şirkətin reklam löhvəsi yapışdırılıb.
Bundan əlavə Qazaxın mərkəzi küçəsində Heydər Əliyevin plakatı “Brend Shop” adlı mağazanın reklam panosu ilə əvəzlənib.
araz.az bildirir ki, bu barədə Pərviz Alıyev adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb.
Həmçinin Qazaxlılar səhifəsində məsələ ilə bağlı bu məlumat paylaşılıb:
“Ulu öndər Heydər Əliyev babamızın Qazax şəhərində babamızı hər gördüymüzdə bizə xatırladacaq nə qədər şəkil, portretləri varıydısa hamsını Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov götüzdürüb. Avtovağzalın binasının üzərindən Ulu öndərmiz Heydər Əliyev babamızın şəkillərini çıxardıb yerinə “Abu Life” şirkətinin kredit reklamını yerləşdirib. Qazaxda Heydər Əliyev babamızın nə qədər böyük rəsmləri var hamsının yerinə Rəcəb Babaşovun razılığı ilə “Abu Life” kredit reklamları vurulub”. /GundemXeber.Az/
araz.az xəbər portalı.