araz.az Asiya.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrində baş verən özbaşınalıq və haqsızlıqlardan mətbuatda kifayət qədər xəbərlər yayımlansa da çox vaxt təqdim olunan faktlar obyektiv araşdırılmayıb. Əksinə “içəri”də baş verənləri “çöl”ə sızdırdıqları üçün şikayət edən məhkumlar şiddətə, təzyiqlərə məruz qalıblar.
Uzun müddətdir məhkumluq həyatı yaşayan iqtisadçı, hüquqşünas Əliyev Vahid Ağababa oğlu Ədliyyə Naziri Fərid Əhmədova ünvanladığı müraciətin səs yazısını AsiyaTV-yə göndərib.
Məhkum Vahid Əliyev Ədliyyə naziri Fərid Əhmədova heç kimi xəbərdarlıq etmədən, qəfil cəza çəkdiyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsinə baş çəkməyini istəyir. Nazirin müəssisəyə gələrkən heç olmasa yolun yarsını məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsində gəlməsini, dustaqlara verilən yeməklərdən dadmasını və onu şəxsən qəbul etməsini xahiş edir. Məhkum Əliyev müəssisənin çətin şəraiti barəsində məlumat verərək, burada dustaqların yaşaması üçün adi yataqxananın belə olmadığını bildirir.
Bu səs yazısından sonra məhkum ona qarşı həyati təhlükənin, mənəvi və fiziki təzyiqlərin olacaqlarını da istisna etmir.
araz.az məhkum Əliyev Vahid Ağababa oğlunun səs yazısını təqdim edir:
araz.az xəbər portalı.