Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.

Bəs görəsən, Elçin Babayevin yenidən həmin vəzifəyə təyin olunmasına niyə zərurət yaranıb?

Rektorun yenidən vəzifəyə təyin edilməsi Prezident İlham Əliyevin 10 dekabr 2018-ci ildə imzaladığı fərmandan irəli gəlir. Belə ki, sözügedən fərmana əsasən, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2019-cu ilin martın 11-də təyin edilib. Artıq onun təyin edilməsindən 5 ildən çox vaxt keçib və səlahiyyət müddəti bitmiş hesab edilib. Bu səbəbdən Elçin Babayev yenidən BDU rektoru vəzifəsinə təyin olunub.

araz.az bildirir ki, “Unikal”  2024-cü ildə daha hansı rektorlarının səlahiyyət müddətinin bitəcəyini araşdırıb.

Səlahiyyət müddəti bitəcək olan ilk rektor Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovdur. O, 3 aprel 2019-cu il tarixində bu vəzifəyə təyinat alıb. 2024-cü ilin aprel ayında Heydər Əsədovun səlahiyyət müddəti başa çatacaq.

Bakupost.az - Heydər Əsədov həbs edilir? - TƏFƏRRÜAT

Heydər Əsədov

Xatırladaq ki, Heydər Əsədov 2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun səlahiyyət müddətləri isə eyni gündə bitir.

Prezidentin rektor təyin etdiyi Vilayət Vəliyev kimdir? DOSYE

Vilayət Vəliyev

Rektor Şahin Bayramov: Hər birinizə uğurlar!

Şahin Bayramov

Belə ki, hər iki rektor 31 iyul 2019-cu il tarixində vəzifəyə təyin olunublar. 2024-cü ilin iyul ayında Vilayət Vəliyevin və Şahin Bayramovun səlahiyyət müddətləri başa çatacaq.

Bu il həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev üçün də rektor kimi vəzifədə keçirdiyi sonuncu il ola bilər.

undefined

Elbrus İsayev

Belə ki, E.İsayev 3 dekabr 2019-cu il tarixində rektor vəzifəsinə təyinat alıb. 2024-cü ilin dekabr ayında onun da səlahiyyət müddəti başa çatacaq.

Qeyd edək ki, Azərbaycanda qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

araz.az xəbər portalı.