“Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Bu isə ictimai nəqliyyatda bahalşmaya səbəb ola bilər”.
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, bu qərardan sonra ölkəyə yeni gətiriləcək ictimai nəqliyyat xidmətində istifadə olunacaq avtobusların idxalı baha başa gələcək: “Nəticədə gələcəkdə ictimai nəqliyyatda gediş haqqı artırıla bilər”.
Ekspertin sözlərinə görə, yük daşımaçılığı xidmətində də qiymətlərin artması qaçılmaz olacaq:
“Çünki aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Deməli, logistika üçün ölkəyə yeni gətirilən nəqliyyat vasitələrinin qiyməti baha başa gələcək ki, bu da daşımaçılıq xidmətində qiymət artımına səbəb olacaq”. //Bizimyol.info
araz.az xəbər portalı.