azerisiq

“Rayondan zəng ediblər ki, işıqlar sönüb, külək kabeli qırıb. Zəng etdim Şirvandakı “Azərişıq”ın rəhbərliyinə. Emil “müəllim”di kimdi ona. Niyə belə yazıram? Çünki bu adam sözün həqiqi mənasında tərbiyəsiz, yekəxananın biridir!”.

araz.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist İsmayıl Nadirxanlı yazıb.

Onun sözlərinə görə, “Azərişığ”ın Şirvan şöbəsinin rəhbərinə deyib ki, külək kabeli qırıb, əməkdaş çağırın zəhmət olmasa: “Mənə deyir ki, “sən kimsən əəə”.  Deyirəm ki, mən vətəndaş. Deyir bəs məni niyə yığmısan əə? Kimi yığmalıyam? Azərqazı?  Yenə izah etməyə çalışdım ki, müəllim bəs mən filankəsəm, filan televiziyanın direktoru. Deyir ki, o nədi əə? Axırı dözmədim dedim “əə” deyil, özümü təqdim elədim. Deyir, biz sizin televiziyanın işığın kəsməmişik. Dedim siz heç bizim tvnin işığını kəsə də bilməzsiz, o başqa məsələ, nümayəndə göndər gedib baxsınlar evin işığı qırılıb. Nəysə telefonu üzümə söndürdü.

Hörmətli Azərişıq ASC  rayonlara rəhbər təyin edərkən tərbiyəli, mədəni və özünü apara bilən şəxsləri təyin edin. Bu əməkdaşınıza da xəbərdarlığınızı edərsiz bir də heç kimlə bu tonda danışmasın.

Daha heç kimə “kiminsə əmisi, kiminsə müdürü, kiminsə dostu, kiminsə yanında yaxşı oğlandı” deyə güzəştə getmək dövrü bitib”.

araz.az xəbər portalı.