Ramazan təkcə mədənin yox, həm də nəfsin oruc tutduğu aydır. Hər bir müsəlman mədəsinə korluq verməzdən əvvəl nəfsini, gözünü və dilini oruc elməlidir. Yoxsa 12-13 saat mədəni boş saxla, amma dilin zəhər saçsın, gözün haram axtarsın, nəfsin qarşısına çıxana qılınc çəksin. Bu olmadı ki,.. Ramazan həmdə qazandıqlarımızın paylaşıldığı aydır. 11 ayda qazanıb yığdığımızı mübarək Ramazanda paylaşmalıyıq. Paylaşırıqmı?!…
araz.az xəbər verir ki, bununla bağlı ilahiyyatçı Tural İrfan maraqlı paylaşım edib:
“Somalidən olan uşaq Kəbədə qızıl mokrafonla xütbə oxuyan və Kərbəlada qızıl günbəzin altında mərsiyə deyən şeyxlərə sual ünvanlayır: Biz nə imsak, nə də iftar etmirik, görəsən Allah orucumuzu qəbul edirmi?”
araz.az xəbər portalı.