1517642053_untitled-1-recovered-recovered.jpg

Rusiya prezidenti Vladimir Putin traktor fabrikinə ziyarəti çərçivəsində Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı yumoristik açıqlama verib.

Araz.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu il baş tutacaq seçkilərdə prezident seçilməsə traktor şirkətində çalışmağa başlaya biləcəyini söyləyib.
 “Əgər ehtiyac olarsa, 18 martdan sonra traktor sürücüsü olaraq işə başlaya bilərəm”, – deyə Putin bildirib.
 Qeyd edək ki, Rusiyada prezident seçkilərinin mart ayının 18-də keçirilməsi planlaşdırılır. Putin seçkilərə namizədliyini müstəqil siyasətçi kimi verəcəyini və partiyalardan da dəstək gözlədiyini açıqlayıb. Namizədlər arasında həmçinin Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Televiziya aparıcısı Yekaterina Qordon, biznesmen Sergey Polonski, jurnalist Kseniya Sobçak və Qriqori Yavlinski də var. Qaynarinfo

araz.az xəbər portalı.