Ötən gün Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin meyiti aşkarlanıb.Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

araz.az xəbər verir ki, lent.az hadisənin bəzi təfərrüatlarını əldə edib.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.

Atası körpəni dənizdə boğmaq məqsədi ilə uşağın paltarlarına qum və daş doldurub və suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

araz.az xəbər portalı.