araz.az bildirir ki, Ient.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzusu sosial yardımın verilmədiyi zaman şikayətlə bağlıdır.
Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilməsi məqsədilə maddi-məişət şəraitinin yoxlanışı aparılan zaman imtinaların verilməsi ilə bağlı şikayətlər hara edilməlidir?
Nazirliyin rəsmi saytında onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, DOST Agentliyinin, fondun qəbul şöbələrinə yaxınlaşmaqla, 142 – Çağrı mərkəzinə zəng vurmaqla, yaşayış yeri üzrə fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər.
Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.
araz.az xəbər portalı.