Amerikanın “Forbes” jurnalının dünyanın ən zəngin adamlarının siyahısını açıqlayıb.
araz.az xəbər verir ki, reytinqdə birinci yeri fransız iş adamı Bernard Arnault tutub.
Arnaultun sərvəti 233 milyard dollar qiymətləndirilir. 2023-cü illə müqayisədə Bernard Arnaultun sərvəti 10% artıb.
Siyahıda ikinci yerdə 195 milyard dollarla “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask qərarlaşıb.
Qeyd edək ki, ən zənginlər siyahısında hazırda Bakıda həbsdə olan Ruben Vardanyan da var. Erməni separatçılarının keçmiş “dövlət naziri” siyahıda 2545-ci yerdədir. O, siyahıda Ermənistanı təmsil edir.
Maliyyə sektorunda fəaliyyət göstərdiyi edir olunan Vardanyanın sərvəti 1.1 milyard dollar olaraq qiymətləndirilib.
“Forbes” qeyd edir kix Rusiya fond bazarının atası kimi tanınan Ruben Vardanyan 1990-cı illərin əvvəllərində “Troyka Dialoq” investisiya şirkətini təsis edib. 2013-cü ildə Vardanyan “Troyka Dialoq”u dövlətə məxsus “Sberbank”a 1,4 milyard dollara satıb.
O, 2021-ci ildə Ermənistan vətəndaşlığını alıb, daha sonra Rusiya vətəndaşlığından imtina edərək Ermənistana köçüb.
2022-ci ilin noyabrında Vardanyan Qarabağdakı qondarma quruma “dövlət naziri” təyin edilib. O, biznes aktivlərini ailəsinin sərəncamına verib. 2023-cü ilin fevralında qondarma vəzifəsindən azad edilib.
Vardanyan 2023-cü ilin sentyabrında Ermənistan sərhədini keçməyə cəhd edərkən Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. /modern.az/
araz.az xəbər portalı.