kreml mosc

İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.

araz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində bildirib.

“Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Dağlıq Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit və təmin edilməyib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.

Zaxarovun bu fikri həm də etirafdır: Qarabağ probleminin uzun müddət həll olunmasının qarşısını məhz Moskva alıb. Zaxarovanın dediklərindən belə çıxır ki, Moskva son ana qədər Qarabağın Azərbaycana qaytarılmasını istəməyib, amma NATO-nun təsiri altında Ermənistan bunu edib. Başqa şərhə ehtiyac qalmır…

araz.az xəbər portalı.