ABŞ və Avropa Birliyi (AB) Rusiyadan uzaqlaşması üçün Ermənistana bir neçə milyard dollar verə bilər.
araz.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr aprelin 5-də Belçikada keçiriləcək ABŞ-AB-Ermənistan görüşünün Rusiyada “xəyanət” kimi qəbul edildiyini bildirir:
“Sabah Brüsseldə keçiriləcək Paşinyan-Leyen-Blinken görüşü Ermənistanın Avropa Birliyi üzvlüyünə namizəd olmaq üçün müraciət edib-etməyəcəyinə, Avropa yolunu tutacağına, yoxsa Rusiya ilə Qərb arasında sarsıntılı status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək. Xüsusilə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri səbirsizliklə həmin görüşün nəticələrini gözləyirlər, bundan sonra Nikol Paşinyanla görüşüb yekun nəticəyə gələcəklər.
Baş nazir və hakim komandanın son qapalı görüşündə bəzi hökumət üzvləri bildiriblər ki, avantüraya getməyə və AB-yə üzvlük üçün ərizə verməyə dəyməz, iqtisadiyyatımız Rusiyadan çox asılıdır, Rusiya bu xəyanətə dözməyəcək. Hətta fikirlər səslənirdi ki, hesablanmamış təklif bizə təkcə Zəngəzur dəhlizinə yox, bütün Sünik (Zəngəzur) bahasına başa gələ bilər. Amma sonda belə qənaətə gəlinib ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır.
Hökumətin hesablamasına görə, Qərb ən azı 7-8 il ərzində Ermənistana 2-3 milyard dollar ayırmalıdır ki, iqtisadiyyatımızı Rusiyadan ayırıb şaxələndirmək və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq mümkün olsun. Yəni Rusiyaya xəyanətin qiyməti ilə 3 milyard dollardır.
Paşinyan komanda yoldaşlarının narahatlığına cavab olaraq ona belə təminatların verilmədiyini söyləsə də, hakim partiyanın dar çevrəsinə maliyyə dəstəyi verməyə razı olduqlarını çatdırıb. Söhbət ən azı 1 milyard dollara yaxın vəsaitdən gedir”. /teleqraf.com/
araz.az xəbər portalı.