“Bu gün sanki Azərbaycana qarşı bir “Avropa cəbhəsi” formalaşıb və bu həmişə də belə olub”.
Bu sözləri, diaspora.tv-nin əməkdaşı Xəyalə Zöhraba açıqlamasında diaspor məsələləri üzrə ekspert İlqar İlkin deyib. Bu açıqlama ilə, araz.az-a bir daha məlum olub ki, Avropa dövlətlərinin bir çoxu, günü bu gün də, Azərbayacana qarşıdır.
“1988-1990-cı illərdən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzündə də Fransanın mövqeyi bəlli idi. ATƏT-in Minsk qrupunda olan hər 3 ölkə Azərbaycana qarşı idi. Bu gün də Avropa dövlətlərinin bir çoxu Azərbayacana qarşı olmaqda davam edir. Keçmişdə bu vəziyyətlə daha çox rastlaşırdıq”, – deyə ekspert qeyd edib.
Müsahibimiz əlavə edib ki, indi Azərbaycanın uğurlu neft startegiyası, iqtisadi inkişafı, əsas güc mənbəyinə çevrilməsi elə bir şərait yaradıb ki, dostlarımızın sayı çoxalıb:
“Təbii ki, burda bizim diasporamızın da, Türk xalqlarının əməkdaşlığının da böyük faydası oldu. Azərbaycanı əvvəllər yaxşı tanımırdılar. İndi Avropa Azərbaycanı həm yaxşı tərəfdaş kimi tanıyır, həm də xalqımızın mədəniyyəti ilə tanış oldular. Bu prosesdə diasporamızın sistemli şəkildə apardığı mücadilə də var. Onlar həm mədəniyyətimizi təqdim edə bildilər, həm də problemlərimizi işıqlandırmağı bacardılar. Hətta Xocalı soyqırımını tanıtmaqla bağlı diasporlarımız da çox mübarizə aparıblar”.
Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin 2015-ci ildə hücum diplomatiyasına keçməliyik mesajından sonra diasporamız çox aktivləşdi:
“Demək olar ki, Türk diasporaları ilə birləşərək bütün Avropada Ermənistanın iç üzünü açaraq bir siyasət yürütdülər”.

araz.az xəbər portalı.