kreml1Rusiyaya gedən miqrantlar üçün ayrılan kvota azaldılıb.

Araz.az xəbər verir ki, bu barədə sərəncamı baş nazir Dmitri Medvedyev imzalayıb.

Yeni qərara əsasən, müvəqqəti yaşayış icazəsi verilən şəxslərə ayrılan kvota azaldılıb. Kvota 2019-cu ildən etibarən azaldılacaq və 83 480-a endiriləcək. Kvota federasiyanın subyektləri arasında müraciətlərə əsasən bölünəcək.

Xatırladaq ki, 2018-ci ildə bu rəqəm 90 360 idi.

Kvotanın azaldılmasını hökumət 2018-ci ildən icrasına başlayan dövlət proqramı ilə əlaqələndirib. Bu proqrama əsasən xaricdə yaşayan həmvətənlərin Rusiyaya qayıdaraq məskunlaşması üçün onlara bir sıra imtiyazlar verilib. Bu imtiyazları əldə edən rusiyalılar il ərzində daimi yaşayış üçün ölkəyə qayıtmağa başlayıb. /Cebhe.info/

 

araz.az xəbər portalı.