Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Paylaşım əvvəlcə “Telegram”, daha sonra isə “TikTok” sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərdarlıq edilməyib. Yoxlama aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.

Azərbaycan Kooperasiya Universiteti isə yayılmış məlumatı əsassız hesab edib.

 

Apardığımız araşdırmaya görə, Azərbaycan Kooperasiya Universiteti Akkreditasiya üzrə Məsləhət Şurasının qərarına əsasən, Təhsil Nazirliyinin (İndiki Elm və Təhsil Nazirliyi) 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunub. Universitetin son akkreditə müddəti 2022-2023-cü təhsil ilində tamamlanıb.

 

Azərbaycan Kooperasiya Universiteti 2023-2024-cü tədris ili üçün akkreditə olunmayıb.

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri Eldar Quliyevdir. Təhsil ocağı deputatın özü deyil qızı, Beynəlxalq Əlaqələr və Təlim-Tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva tərəfindən idarə edildiyi deyilir./Qaynarinfo.az

araz.az xəbər portalı.