Kişineu Rumıniya ilə birləşmə yoluna qədəm qoyarsa, Qaqauz muxtariyyəti Moldovadan ayrılacaq.

araz.az xəbər verir ki, bu barədə muxtariyyətin rəhbəri Yevgeniya Qutsul özünün “Telegram” kanalında Rumıniyanın baş naziri Marçela Çolakunun Moldovada rumınların yaşadığı barədə bəyanatını şərh edərkən bildirib.

“Hər hansı bir ittifaqın təşəbbüsü Qaqauziyanın ayrılması və müstəqil Qaqauz respublikasının bərpası prosedurunun dərhal başlanması deməkdir. Əminik ki, bir çox qonşu Moldova və Bolqarıstan kəndlərinin sakinləri bizi dəstəkləyəcək və bizə qoşulacaqlar”, – Qutsul yazıb.

O bildirib ki, Qaqauz muxtariyyəti regionun səlahiyyət və hüquqları ilə yanaşı Moldovanın suverenliyini də müdafiə etməyə davam edəcək.

araz.az xəbər portalı.