“Əbədi Birlik” Gənclər İctimai Birliyindən araz.az-a daxil olan məlumata görə, təşkilatın Şimali Kipr Nümayəndəliyinin rəhbəri Serdar Şengül, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı inkişafda olan əməkdaşlığın yeni mərhələyə qədəm qoymasıyla bağlı açıqlama verib.

“Möhtərəm Prezident İlham Əliyev cənabları Şimali Kipr Türk Cümhuriyyəti bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanması və daimi dalğalanacağı barədə bəyanat verərkən, xüsusi olaraq onu da qeyd etdi ki, parlamentlərarası əməkdaşlıq mərhələsinin əldə olunan inkişafda əhəmiyyəti də, cox önəmlidir. Prezidentin dediyi kimi, doğrudan da, bu dünya ictimaiyyətinə çatdırılan böyük bir səs idi!”, — Serdar Şengül deyib. O, xüsusi olaraq onu da qeyd edib ki, Prezident İlham Əliyevin, aylar öncə, ilk dəfə ŞKTC-nin rəsmilərini qəbul etməsi və verdi bəyanatlarında Şimali Kipr Türk Cümhuriyyətinin adını çəkməsi son dərəcə əhəmiyyətli bir hadisə idi: “Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyətin tanıdığı nüfuz sahibi bir lider olması, Cənubi Kipr Rum Administrasiyası başda olmaqla, digər AB ölkələrini olduqca narahat edib. Yadda saxlamaq lazımdır ki, Cənubi Kipr Rum Administrasiyasının son bəyanatları, Ermənistana hər cür dəstək verməsi bir daha onu göstərir ki, Kipr Rum tərəfi Azərbaycan dövlətinin gücündən qorxur. Bu, müstəqil Azərbaycan Respublikasının qüdrətindən dolayı, təşviş keçirməyin və səksəkəyə düşməyin inkarolunmaz sübutudur.

Bu ciddi məsələ barədə fikirlərimin yekunu olaraq, demək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin, rəhbəri olduğu ölkəsində keçirilən tədbirlərdə Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının dalğalanmasını və bundan sonra da, dalğalanacağını deməsi, rəsmi parlamentlərarası əməkdaşlığa və birbaşa dialoq qurmağa çağırış etməsi siyasət meydanında cəsarətli addımdır. Bu, bütün Türk dünyasında əks-səda doğurub. Prezidentin dediyi kimi, bütün Azərbaycan və ŞKTC xalqlarına çatdırmaq vacibdir ki, bu sahədə inkişaf faydalı olacaq və uğurları artmaqda davam edəcək”.

araz.az xəbər portalı.