Türkiyənin Samsun şəhərində tək çətir təmirçisi olan 90 yaşlı Dursun Yıldızın bu qədər yaşına baxmayaraq eynəkdən istifadə etmədən çətirləri təmir etməsi hər kəsi təəccübləndirir.
Dursun Yıldız Samsunun Bedesten bazarında təxminən 70 ildən bəri çalışır. 90 yaşında və 4 uşaq atası olmasına baxmayaraq sağlamlığı yerində olan Dursun, eynəkdən istifadə etmədən peşəsini icra edir. Bu peşəsinin son adamlarından olan Dursun, dükanın ona aid olduğunu, gündə təxminən 10 çətir təmir etdiyini, bu mövsüm də işlərinin artdığını söyləyir.
Bu dövrün ən çox çətir təmir etdiyi dövr olduğunun vurğulayan Dursun kişi, “90 yaşındayam. Çətir təmirini usta yanında öyrənmədim. Həvəskar olaraq öyrəndim. Bu yaşıma qədər həvəslə çətir təmir edirəm. Samsunda son çətir təmirçisi olduğum deyilir. Gənclərdə həvəs yoxdur. Öz oğulum belə bu işi etmir. Bu iş həvəs və sevgi ilə görülər. Allaha çox şükür bu işdən dolanıb gedirəm. İşləməyənə pul yoxdur. İndiki gənclər babasından və nənəsindən cib xərcliyi alır. Gəncliyə tövsiyəm budur, çalışsınlar, analarının və atalarının əlinə baxmasınlar. 4 uşağım var. Sağlamlığım imkan verdiyi müddətdə işləyəcəm ” deyir.
araz.az xəbər portalı.