Ölkədə tanınan və söz sahibi olan daha bir gənclər qurumu — “Əbədi Birlik” Gənclər İctimai Birliyi də, 11 Ayın Sultanı, müqəddəs Ramazan ayı münasibəti ilə, maraq kəsbedici və yaddaqalan tədbir keçirib. Birlikdən araz.az-a verilən məlumata görə, qurum “Ramazan Söhbətləri” adlı Zoom Platformasında onlayn formatlı görüş təşkil edib. Keçirilən bu tədbirin qonaqları isə, Azərbaycan Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və tanınmış tarixçi yazar, doktor-professor Haşim Şahin olublar. Onların müqəddəs Ramazan ayının fəziləti və bərəkəti, Türk Dünyasında Ramazanın əhəmiyyəti, türklərin islamın inkişafında rolu ilə bağlı gənclərə aşıladıqları maarifləndirici, tarixi və dini fikirləri maraqlı və yaddaqalan təsir bağışlayıb. Gənclərin olduqca maraqlı suallarına da, qonaqlar tərəfindən dərin mənalı cavablar verilib.

Ümumiyyətlə, dialoq formatda keçirilən bu görüşdə, əsas fikir sahibləri,
eyni zamanda, gəncləri radikalist, mövhumatçı və bölücü şəxslərdən uzaq durmağa, Türk və İslam dəyərlərini düzgün şəkildə anlamağa və dərk etməyə çağırıblar.

Gənclər tərəfindən xatırlanacaq bu görüş, iştirakçı olan “Turan” Musiqi Qrupunun rəhbəri Elşad Ələkbərova, “Əbədi Birlik” Birliyinin və “Dost” Gənclərin İnkişafı Klubunun digər üzvlərinə də, xoş təsir bağışlayıb.

Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.