Abşeron rayonun Novxanı qəsəbəsi daha çox milyoner oliqarxlarımızın biri-biri ilə bəhsə girərək yaratdıqları dəbdəbəli malikanələri olan yer kimi yada düşür. Bəli, belə bir 3 mərtəbəli villalardan biri də Novxanı qəsəbəsinin 7-8-in kəsiməsində yerləşən və “tikintilər kralı” kimi tanınan iş adamı Azad Mustafayevə məxsusdur. Sağlıqla yaşamasına qismət etsin. Lakin qonşuluqda yaşanların verdikləri məlumata görə A.Mustafayev villasının kanalizasiya xəttini 15000 manat xərc çəkərək 6 metr dərinlikdə qazdırararq yoldan keçən magistral kanalizasiya xəttinə qanunsuz olaraq qoşmuşdur.
Azad Mustafayev
Lakin hamıya məlumdur ki, bu zonada qəsəbənin ümumi kanalizasiya xətti hələ mövcud olmadığından kimsənin magistral xəttə qoşulmasına icazə verilmir. A.Mustafayev isə bu məsələ ilə bağlı etiraf etmişdir ki, Novxanıda çoxları (yəni imkanlı villa sahibləri) bu xəttə qoşulublar. Mən də onlardan biri. Yəni, “Azərsu”ASC-yə pulumu verib “icazə” alıb çəkdirmişəm. Necə deyərlər: ” Kənduxadanı gör, kəndi çap”.
Bəli, kifayət qədər imkanlı şəxs olan Azad müəllim də pulunu verib “şəklini çəkdirib”. Bir fiziki şəxs olaraq Azad müəllim öz rahatlığı üçün “Azərsu”ya kifayət qədər pul ödəyə bilər. Bəs görəsən fərdi bir şəxsin qanunsuz olaraq magistral kanalizasiya xəttinə birbaşa müdaxilə edərək- zədələyərək ona qoşulması qanunvericiliklə nə dərəcədə düzgündür? Qoy bu suala elə “Azərsu” ASC rəhbəri cənab Köçəri Həsənov özü cavab versin. Biz də mətbu orqan olaraq rəsmi cavabı ictimailəşdirək ki, qəsəbədə yaşayan digər imkansız çoxsaylı sakinlər də əgər magistral xəttə qoşulma qanunidirsə, qoy onlar da qoşulsunlar. Qalır gözləməyimiz.(ifadetv.com)
araz.az xəbər portalı.