Bu departamenti yaratmaqla Türkiyə xarici siyasətində türk dövlətləri ilə əlaqələrinin inkişafına nə qədər böyük önəm verdiyini bir daha göstərir.

araz.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin, Türkiyə Xarici İşlər Nazirliyində Türk Dövlətləri Təşkilatı Departamenti yaradılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə TDT daxilində onsuz da bu quruma üzv olan əsas ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızstan və Özbəkistanla ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrə malikdir və bu əlaqələr hər keçən gün daha da dərinləşir:

“Bu gün Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də müşahidəçi statusda bu qurumda təmsil olunurlar. Gözləntilər ondan xəbər verir ki, bu qurumun çətiri altında gələcəkdə bütün türk dövlətləri siyasi, iqtisadi, mədəni, hətta hərbi birliklərini yaratmaqla yeni bir qlobal güc mərkəzinə çevriləcəkdir. Bölgədə yaranan bu güclü Türk Birliyinin həm idarəçilik, həm də genişləndirilməsi baxımından çevik idarəçilk mexanimzlərinə də ehtiyac var. Rəsmi Ankara Türk Birliyinin söz sahibinə çevrilməsi üçün öz öhdəsinə düşən məsuliyyəti bilir və bunun üçün türk dövlətləri ilə daha sıx təmas və şaxələndirilmiş əlaqələr qurmaqda maraqlıdır”.

İlqar İlkin qeyd edib ki, paralel olaraq TDT-da təmsil olunan digər dövlətlər də öz xarici siyasət kursunda bunu nəzərə ala bilərlər:

“Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrin XİN-i daxilində belə bir departamentin yaradılması çox arzuolunandır. Bu üzv dövlətlərin qarşılıqlı olaraq ortaq xarici siyasət yürütməsinə də imkan yaradardı. Ayrıca bu qurum daxilində türk diasporlarının da konsalidasiyalı bir şəklində fəaliyyət göstərməsinin vaxtı çoxdan çatıb”.

araz.az xəbər portalı.