Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.

araz.az modern.az-a istinadən xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

“Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam”, – sabiq nazir  deyib.

Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktoru  vəzifəsində çalışır.

Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

araz.az xəbər portalı.