araz.az xəbər verir ki, Sumqayıt şəhərində tanınmış iş adamı Nəcəfov Mais İsmayıl oğlu 68 yaşında dünyasını dəyişib.
İş adamı insultdan vəfat edib.

Qeyd edək ki, Nəcəfov Mais İsmayıl oğlu 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.
O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.

1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən Məscid onun təşəbbüsü ilə inşa olunub.
İş adamının bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Allah rəhmət eləsin!

araz.az xəbər portalı.