Süni intellekt vasitəsilə qarşıdakı illərdə Çempionlar Liqasını qazana biləcək komandalar təxmin edilib.
araz.az xəbər verir ki, siyahıda Türkiyənin də iki klubu yer alıb.
Belə ki, süni intellekt “Beşiktaş”ın 2090-cı, “Qalatasaray”ın isə 2091-ci ildə Çempionlar Liqasında qalib olacağını proqnozlaşdırıb.
Yəni proqnoza əsasən, İstanbul klubları iki il ardıcıl olaraq Avropanın 1 nömrəli klub turnirini qazanacaqlar.
Süni intellekt bu mövsüm isə İspaniya nəhəngi “Barselona”nın Çempionlar Liqasını qazanacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Çempionlar Liqasını qazanacaq komandalar proqnozunda Azərbaycandan heç bir komanda yer almayıb.
araz.az xəbər portalı.