Rayonlararası yollarda sağ zolaq boş olduqu halda avtomobili sol zolaqla idarə etmək qadağan olsa da, əksər sürücülər buna məcbur qalırlar.
Sürücülər iddia edir ki, yolun sağ hərəkət hissəsi adətən ağırtonnajlı nəqliyyat vasitələrinin intensiv hərəkəti ilə əlaqədar tez sıradan çıxır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədərsə, hər dəfə müşahidə kamerlarının yanında keçərkən onun haqqında cərimə pratokolu tərtib edilə bilər.
Ekspert bildirib ki, inzibati xətalar məcəlləsinə əsasən, yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücüləri 40 manat cərimə gözləyir. Həm də yol boyu bu pozuntuya görə sürücülər bir yox, bir neçə dəfə cərimələnə bilərlər. Lakin qayda pozuntusunun əsas səbəbi sağ zolağın yararsız halda olmasıdırsa, cərimələr də nəzərə alınmalıdır.
Ətraflı videomaterialda.
araz.az xəbər portalı.