Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. araz.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.
Nazim Hüseynov
Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.
Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı “Ambasodor” kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.//Tribunainfo.az//
araz.az xəbər portalı.